Əli Əsədov qazaxıstanlı həmkarına başsağlığı verib


Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş Naziri Əskər Maminə başsağlığı məktubu göndərib.
Başsağlığında deyilir:
“Hörmətli Əskər Uzakpayeviç, Almatı şəhəri yaxınlığında insan tələfatı ilə nəticələnmiş təyyarə qəzası haqda xəbərdən olduqca kədərləndim.
Faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Bir cavab yazın