Əməlisaleh insan , xeyixah işlər görən Sürəyya xanım !

Aztv.news saytının əməkdaşları Tovuz rayon Qovlar şəhər sakini sahibkar , iş adamı Hacı xanım Sürəyya Ismayilova ilə görüşüblər. Xatırladaq ki , Ismayilova Sürəyya Əhməd qızı 17.03.1954 cü ildə Tovuz rayon Qovlar şəhərində anadan olub . 1972 ci ildə Azərbaycan Politexnik Institutunun ” mühəndis texnologiya ” fakultəsinə qəbul olub , 1977 ci ildə bitirib. 1974 cü ildə Bakı 1saylı Tikiş fabrikində işləyib . 1983 cü ildə Bakı Tikiş istehsalat birliyində Baş mühəndis vəzifəsində işləyib . 1991ci ildən Qovlar şəhər Tikiş birliyində baş direktoru vəzifəsində çalışıbdır.

Sürəyya İsmayılova Tovuz rayonunun Qovlar qəsəbəsindəndir, 1995-ci ildən kənd təsərrüfatı ilə məşğuldur.

1995-ci ildən kənd təsərrüfatı ilə məşğuldur.

1993cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür .

Hal-hazırda Bakı Uşaq paltarları Tikiş istehsalat birliyində ” tikişin moderləşməsi texnologiyası avadanlığı ” fənnindən dərs deyir.

Sürəyya xanım ” Işgüzar Qadınlar Ictimai Birliyinin ” sədridir.

Sürəyya xanım Respublikamızı təmsil edən bütün tədbirlərdə ” Işgüzar Qadınlar Ictimai Birliyi ” nin sədri olaraq daim yüksək səviyyədə iştirak edir.

Millət vəkili Q,Paşayeva və Azərbaycanın bir qrup fəal qadınları –İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimi Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, İşgüzar qadınlar cəmiyyətinin sədri Sürəyya İsmayılova, fəal qadınlarımız Məlahət Qəhrəmanova, Yeganə Malkoç, Naibə Abdullayeva, Tünzalə Bakıxanova, Aynura Ağasiyeva, Sevda Nəcəfova, Sujayat Məmmədova, Həqiqət Abbasova, Janilya Qafarova, Pərvanə Mustafayeva, Yeganə Əliyeva, Royala Şirinova, Cəmilə İsmayılova, Zöhrə Məsiyeva, Ramilə Şirinova İndoneziya Respublikasının qadın hüquqları və uşaqların müdafiəsi naziri xanım Yohana Yembise ilə görüşdü.

İndoneziyalı xanım nazir Y.Yembise rəhbərlik etdiyi qurumun fəaliyyəti və bu sahə üzrə ölkələrindəki mövcud vəziyyət, həmçinin qarşılaşdıqları çətinliklər haqqında geniş məlumat verdi. Bildirdi ki, ailə-məişət problemləri, qadın və uşaqların istismarı və digər problemlərə müdaxilə etmək, qarşısını ala bilmək məqsədi ilə regionlarda nazirliyin hüquq və sosial məsləhət mərkəzləri təsis edilmişdir. Öz növbəsində Qənirə Paşayeva səmimi qəbul və ətraflı məlumata görə xanım nazirə minnətdarlığını bildirdi və onlara bütün Azərbaycan qadınlarının salamlarını çatdırdı. Qeyd etdi ki, onlar Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar İndoneziyada təşkil olunacaq proqramda iştirak etmək, bu nadir hadisəni məhz dost İndoneziyada qeyd etmək, indoneziyalı qadın həmkarları ilə tanış olmaq məqsədi ilə ölkəyə səfər ediblər.

Daha sonra, Q.Paşayeva Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, hələ 100 il əvvəl Azərbaycanda qadınlara seçmək və seçilmək hüququnun verildiyini, Azərbaycan cəmiyyətində qadına qarşı xüsusi hörmətin mövcudluğunu, Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin göstərdiyi xüsusi qayğını, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb. Müasir Azərbaycanın inkişaf yolu, Azərbaycan-İndoneziya əlaqələrinin tarixindən, İslam dininin, Azərbaycandan İndoneziyaya və Cənub-Şərqi Asiyaya yayılmasından bəhs etdi. Hazırkı ikitərəfli əlaqələrə toxunan millət vəkili Ermənistanın Azərbaycana qarşı təcavüzü, etnik təmizləmə siyasəti, xüsusilə də Xocalı soyqırımı haqqında danışdı və Azərbaycanın haqlı mövqeyinə dəstək verdikləri üçün İndoneziya xalqına və hökumətinə minnətdarlığını ifadə etdi.

Daha sonra çıxış edən Azərbaycan İqtisad Universitetinin prorektoru Səadət Qəndilovaya, Qadın Sahibkarlar Assosiasiyasının sədri Səkinə Babayevaya, Bakı Dövlət Universitetinin alimi Ümmühəbibə Qələndərova, İşgüzar qadınlar cəmiyyətinin sədri Sürəyya İsmayılova, fəal qadınlarımızdan Məlahət Qəhrəmanova və nümayəndə heyətinin digər üzvləri Azərbaycanda öz fəaliyyət sahələri, təşkilatlarında qadınların rolu və Azərbaycan Hökumətinin onlara göstərdiyi qayğı və dəstəklər haqqında məlumat verdilər. Görüşdə Q.Paşayeva xanım naziri Azərbaycana dəvət etdi və onu Azərbaycanda salamlamaqdan məmnun olacaqlarını bildirdi. Görüşdə iştirak edən səfir Tamerlan Qarayev qarşı tərəflərə Azərbaycanın qadınlardan ibarət nümayəndə heyətini səmimi qəbul etdikləri üçün minnətdarlığını bildirdi. Görüşün sonunda Azərbaycan nümayəndə heyəti adından millət vəkili Q.Paşayeva İndoneziya Respublikasının qadın hüquqları və uşaqların müdafiəsi naziri xanım Yohana Yembise Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materiallar təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyənin Adana şəhərində Xocalı soyqırımının 22-ci il dönümünə həsr olunan tədbir keçirilib. Azərbaycan Kültür Dərnəklərinin təşkilatçılığı ilə keçirilən tədbirdə, Adana Böyükşəhər bələdiyyəsi sədri Zehni Aldırmaz, Ceyhan Bələdiyyə sədri Hüseyin Sözlü, Azərbaycan Kültür Mərkəzinin sədri Yaqub Bulut, onun müavini Cahangir Zeynalov, Qardaş Mədəniyyətlər Dərnəyinin üzvləri, Adana rəsmiləri, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva və onun rəhbərliyi ilə Azərbaycandan gələn nümayəndə heyəti: Ədəbiyyat qəzetinin baş redaktoru Sərvaz Hüseynoğlu, Simsar informasiya agentliyinin rəhbəri İradə Nurəddinqızı, həmin agentliyin müxbiri Ülviyyə Cövdətqızı, Lider Televiziyasının əməkdaşı Nuranə Axundova, İşgüzar Qadınlar İctimai Birliyinin sədri Sürəyya İsmayılova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva,190 saylı orta məktəbin müəllimi Məlahət Hüseynova, Əməkdar artist Elza Seyidcahan, Adanada təhsil alan azərbaycanlılar və adanalılar iştirak ediblər. Tədbirə Türkiyə və Azərbaycan himnlərinin oxunması ilə start verilib.

Yaqub Buludun ardınca çıxış edən Qardaş Mədəniyyətlər Dərnəklərinin rəhbəri Halil Akyürek, ermənilərin qondarma soyqırım iddialarını dünyaya qəbul etdirərək Xocalı soyqırımını unutdurmaq istədiklərini dilə gətirib. O bildirib ki, “onlar bu məqsədlərinə nail ola bilməyəcəklər. Çünki bizlər Xocalıda gülləyə tuş gələn azərbaycanlı qardaşlarımızın ağrısını hələ də hiss edirik”.

Daha sonra çıxış üçün söz Böyükşəhər Bələdiyyə başçısı Zehni Aldırmaza verilib. Z. Aldırmaz, “kaş ki, bu günləri heç yaşamasaydıq”,- deyə nitqinə başlayıb. O bildirib ki, ürək ağrısı ilə il dönümünü qeyd etdiyimiz Xocalı Soyqırımının unutdurulmaması üçün tezliklə Xocalı soyqırımı abidəsinin tikiləcək və bu hadisələri törədənlərə layiqli cavab veriləcək.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva “22 il əvvəl 26 fevral tarixində ermənilər Xocalı sakinlərini soyqırıma məruz qoyublar. Adanada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq abidənin qısa vaxtda tikilib hazır olmasını arzu edirəm. Bu abidəni biz sizdən gözləyirik. 1918-ci ilin martın 31-də ermənilər xarici qüvvələrin dəstəyi ilə minlərlə azərbaycanlını qətlə yetirərkən Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun köməyi olmasa idi, tarixdə misli görünməmiş soyqırım baş verərdi. Hər il 31 mart azərbaycanlıların soyqırıma məruz qalmalarının ildönümü kimi qeyd olunur. “Xocalı” abidəsinin 31 mart tarixinə qədər tikilib hazırlanması həm 1918-ci il 31 martda həm də 1992-ci il 26 fevral, Xocalıda soyqırıma məruz qalan insanlarımızın ruhu qarşısında atılan böyük bir addım olar”,-deyə bildirib. O qeyd edib ki, bu cür abidələrin tikilməsi gənclərin doğru yetişdirilməsi tarixlərini daha yaxşı bilməsi üçün gərəklidir.

Tədbir çərçivəsində iştirakçılara Milli qəhrəman, operator Çingiz Mustafayevin lentə aldığı Xocalı soyqırımı hadisələri nümayiş etdirilib. Sonda millət vəkili Qənirə Paşayevaya xatirə plaketi təqdim edilib.

Qeyd edək ki, Xocalı soyqırımının 22-ci il dönümünə həsr olunan tədbirdən əvvəl Çuxurova kültür mərkəzində Xocalı soyqırımını əks etdirən foto sərgi təşkil edilib. Daha sonra millət vəkili Qənirə Paşayevanın həmmüəllifi olduğu “Hocalı Soykırımı-tanıkların dilindən” kitabının təqdimat və imzalanma mərasimi keçirilib.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, martın 14-də Tovuz rayon mədəniyyət evində iş adamlarının, tacirlərin, sahibkarların və rayon rəhbərlərinin iştirakı ilə “Rayonun potensial imkanlarından daha səmərəli istifadə olunmasına və bu sahədə sahibkarlığın inkişafına mane olan bəzi neqativ halların aradan qaldırılması, onlar üçün əlverişli şəraitin yaradılması”na həsr olunmuş biznes-forum keçirilmişdir.
Forumda rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov rayonun mövcud potensialından, sənaye və kənd təsərrüfatını inkişaf etdirmək üçün mövcud imkanlardan, istehsal sahələrini genişləndirməklə yeni iş yerlərinin açılması planlarından danışmışdır. O, nəzərdə tutulanların yerinə yetirilməsində forum iştirakçılarının böyük rolu olduğunu vurğulamışdır.
Yığıncaqda çıxış edən sahibkarlardan İsmayıl Hüseynov, Şəmistan Əsgərov, Sürəyya İsmayılova və başqaları məhsul bolluğu yaradılmasında, yeni iş yerlərinin açılmasında öz imkanlarından daha geniş istifadə edəcəklərini bildirmiş, bu tədbirlərin həyata keçirilməsi üçün konkret layihələrin olduğunu qeyd etmişlər.
Forum “dəyirmi masa” arxasında davam etdirilmişdir.

Sürəyya xanımın bu vətən uğrunda etdiyi fədakarlıqların sayı – hesabı yoxdu.

Biz Aztv.news saytının redaksiya heyyəti olaraq Sürəyya xanımın mətin addımlarla irəliləməsini arzu edirik.

 

Bir cavab yazın