“Əsas məsələ” tok-şousunun növbəti buraxılışında “Ulu Öndər Heydər Əliyev və media” mövzusu müzakirə olunacaq

Aparıcılar Rüfət Həmzəyev və Türkay Verdiyevanın təqdimatında bu axşam saat 21:30-da efirə gedəcək “Əsas məsələ” tok-şousunun növbəti buraxılışında “Ulu Öndər Heydər Əliyev və media” mövzusu müzakirə olunacaq.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Məmmədov, “Yeni Musavat” Media Qrupun rəhbəri Rauf Arifoğlu, “Real” TV-nin Baş direktoru Mir Şahin Ağayev və siyasi şərhçi Tofiq Abbasov dövrün ictimai-siyasi proseslərini, eləcə də ulu öndər Heydər Əliyevin KİV-ə, media nümayəndələrinə münasibəti və mətbuatla əməkdaşlığı barədə fikirlərini bölüşəcəklər.

Bir cavab yazın