Deputat kanalizasiya probleminə görə “Azərsu” sədrinə zəng etdi

“Sabirabad şəhərindəki beşmərtəbəli binaların kanalizasiya problemi ilə bağlı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovla telefon əlaqəsi saxladım”.

Bu barədə deputat Kamal Cəfərov məlumat verib.

O qeyd edib ki, Qorxmaz Hüseynov məsələni nəzarətə götürüb və dərhal müvafiq tapşırıqlar verib.

“Şirvan regional su-kanal idarəsinin rəisi Azad müəllim bildirdi ki, qeyd edilən problemin həlli ilə bağlı proses artıq başlayıb və cari ilin may ayında Sabirabad şəhərində Heydər Əliyev prospektində yerləşən 2B, 2Q, 23B, 62 və 118 nömrəli binaların, o cümlədən, İ.İsgəndərov küçəsində yerləşən 3 və 5 nömrəli binaların kanalizasiya problemi tamamilə həll ediləcək. Bu, minlərlə sakinin həyat vəziyyətinin yaxşılaşdırılmasına təsir göstərəcək”, – deyə K.Cəfərov əlavə edib.

Deputat söyləyib ki, məsələnin həlli ilə bağlı çevik reaksiyaya görə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova təşəkkür edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir