Gəncədə 65 tibb işçisində koronavirus aşkarlandı – İcra başçısı

“Gəncədə 100 nəfərdə koronavirus (COVID-19) aşkar edilib, onlardan 65 nəfəri tibb işçisi və onların ailə üzvləridir”…

Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məlumat verib.

“Aprelin 28-nə olan vəziyyətə görə, Gəncədə 3,853 min test götürülüb. 100 nəfərdə koronavirus aşkar edilib. Yoluxanların 65 nəfəri tibb işçisi və onların ailə üzvləridir”, – deyə N.Bayramov Gəncə şəhər İcra Hakimiyyətində yaradılmış koronavirusla mübarizə üzrə qərargahın üzvləri ilə hesabat video-konfransı zamanı bildirib.

Onun sözlərinə görə, 27 nəfər müalicə olunaraq sağalıb, 69 nəfərin müalicəsi davam edir, onların vəziyyəti stabildir.

Videokonfrans zamanı qeyd olunub ki, hazırda Gəncədə 200 çarpayılıq modul tipli xəstəxana tikilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir