Könüllülər unudulmadı: Onlar üçün də çempionat başlayır – FOTO

Bu gün AVRO-2020 könüllüləri üçün Onlayn İntellektual Çempionata start veriləcək.

Çempionatın təşkilində məqsəd könüllülərin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli təşkili, könüllülük dəyərlərinin aşılanmasıdır.

Hər ay keçirilməsi planlaşdırılan çempionatda 2 000 könüllü yarışacaq. Canlı olaraq təşkil olunacaq oyunlar eyni anda 10 “WhatsApp” və “Telegram” qrupunda baş tutacaq. Hər qrupda 200 könüllü öz biliyini sınayacaq.

Qeyd edək ki, yarışa qatılacaq könüllülər “Google”un xüsusi proqramı vasitəsilə hazırlanacaq sualları əvvəlcədən təyin olunmuş vaxt ərzində cavablandırmağa çalışacaqlar. Sualları cavablandırmaq üçün veriləcək vaxt azlığını nəzərə alan təşkilatçılar çempionat zamanı iştirakçıların hər hansı internet resursundan istifadə edə bilməyəcəklərini vurğulayıb.

Dörd mərhələdən ibarət olacaq yarış ümumilikdə 15 dəqiqə davam edəcək. Sonda qalib olacaq ilk üç yerin sahibinə xatirə hədiyyələri təqdim olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir