İsrail Suriyaya raket zərbələri endirdi

İsrail Suriyanın Əl-Kuneytra bölgəsinə raket zərbələri endirib.

“Şam FM” radiostansiyası xəbər verir ki, Qolan yüksəkliklərindən Suriyanın cənub-qərbində yerləşən bir sıra obyekt istiqamətində beş raket buraxılıb.

Zərbələr dağıntılara səbəb olsa da, xəsarət alanlar barədə məlumat verilmir.

Xatırladaq ki, aprelin 27-i Suriyanın paytaxtı Dəməşq raket zərbələrinə məruz qalmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir