Koronavirus ondan sağalan xəstələrin ağ ciyərlərində qala bilir

COVID-19-dan sağalan xəstələrin ağ ciyərlərində virusun hüceyrələrinə rast gəlmək olar.

“Science” xəbər verir ki, buna baxmayaraq test vasitəsi ilə infeksiyanı təsbit etmək mümkün olmur.

Mütəxəssislər Çində koronavirusdan sağalan 78 yaşlı xəstənin gözlənilmədən ölməsindən sonra bu qənaətə gəliblər.

Sağaldıqdan sonra qadın üç dəfə tesdən keçib. Testlər onun sağlam olduğunu müəyyən edib.

Lakin bundan bir gün sonra qadın ürək tutmasından keçinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir