Rusiyanın iri holdinqinin baş direktoru azərbaycanlı oldu

Rusiyanın iri “Metalloinvest” şirkətinin baş direktoru vəzifəsinə Nazim Əfəndiyev təyin edilib.

“Kommersant” xəbər verir ki, o, həmçinin baş direktorun birinci müavini – kommersiya direktoru vəzifəsini yerinə yetirəcək.

Şirkətin sabiq baş direktoru 52 yaşlı Andrey Variçev aprelin 27-i ağır xəstəlikdən vəfat edib.

Qeyd edək ki, Əfəndiyev Nazim Tofiq oğlu 1963-cü ilin aprelin 16-ı Bakıda anadan olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir