Suvarma məqsədi ilə qazdığı quyudan yanar su çıxdı – MARAQLI…+ FOTOLAR

Türkiyənin Düzcə vilayətində bir kənddə evin bağçasındakı quyudan çıxan su çaxmaqla yanmağa başlayır. Görənləri heyrətə gətirən yanan suyun uzərində hətda yemək də bişirilir.

Suvarma məqsədi ilə qazılan quyudan çıxan sudan gələn qoxu ev sahibinin diqqətini çəkib. Bununla birlikdə suda meydana gələn qaynama və köpüklənmə ilə birlikdə
qaz çıxdığını görən adam suya çaxmaq yaxınlaşdıran zaman yanmağa başladığını görüb.
Yanan su haqqında aidiyyəti orqanlara məlumat verən Həsən Ağtürk “ Quyunu suvarma məqsədi ilə qazdıq. 110 metr dərinliyə endikdə su çıxdı və sudan qaz qoxusu gəldiyini gördük. Çaxmaq yandırdığımız zaman yandığını gördük. Təbii qaz kimi yanır. Üzərində yemək bişiririk. Eşidənlər maraqla görməyə gəlir. Yandırdığımız zaman sönmədən yanır” deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir