ÜST-dən 5G mobil şəbəkələrin COVID-19-u yayması ilə bağlı açıqlama

Viruslar radiodalğalar mobil şəbəkələr vasitəsilə yayılmır.
Bu fikir Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycam Nümayəndəliyinin rəsmi səhifəsində bildirilib.
Qeyd olunub ki, COVID-19 5G mobil şəbəkələrinə malik olmayan ölkələrdə də var.
“COVID-19 virusu infeksiyaya yoluxmuş insanın öskürməsi, asqırması və ya danışması nəticəsində xaric olunan tənəffüs damcıları vasitəsilə yayılır. Həmçinin virusla çirklənmiş səthlərə, sonra isə gözlərinizə, ağzınıza və ya burnunuza toxunduqda bu virusa yoluxa bilərsiniz”, – deyə məlumatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir