“Daşnaklar siyasətlərini bəyənməyən erməniləri öldürüb  – bizi SUÇLAYACAQ…”

“Bunu etsək, düşmənlərin planları alt-üst olacaq”- İstiqlalçı deputat XARİCDƏKİ SOYDAŞLARIMIZA MÜRACİƏT ünvanladı…


“Neçə gündür ki, erməni xəbər saytlarını izləyirəm. Dünyada ermənilərin çətin vəziyyətə düşməsi daşnakları azğınlaşdırıb.  O həddə gərginliyə düşüblər ki, hətta onların siyasətini dəstəkləməyən dünya ermənilərini də hədələyirlər…”

 

Bu fikirləri Moderator.az-a açıqlamasında tanınmış politoloq və istiqlalçı deputat Cümşüd Nuriyev söyləyib.

 

“Xatırladım ki, 1890-cı ildə yaradılan “Daşnaksütyun” partiyasının nizamnaməsində göstərilib ki, bizim siyasətimiz qəbul etməyən ermənilər belə, öldürülməlidir. Bu, dünyada yeganə partiyadır ki, terroru açıq şəkildə dəstəkləyir…

 

Xaricdə olan soydaşlarımızın əksəriyyəti orada təhsil alan tələbələrdir. Onlar Azərbaycanımızın “qızıl fondunun” gələcək üzvləri ola bilərlər» – deyə vurğulayan sabiq parlament üzvü  qürbətdəki  həmvətənlərimizi  qorumaq məqsədilə onlara saytımız vasitəsilə müraciət ünvanlayıb:

 

“Əziz soydaşlarımız!

 

Xalqımız  mənfur düşmənimiz ermənilərin Tovuz rayonunda törətdikləri növbəti təxribatdan sonra haqsızlığa dözməyərək bütün dünyaya nə qədər qürurlu olduğumuzu bir daha sübut elədi. Haylar və onların havadarları başa düşdülər ki, bu torpaqda yaşayanlar etnik kimliyindən asılı olmayaraq bir yerdədirlər…

 

Fəqət, düşmən hiyləgər, satqın, şərəfsiz və fürsətcildir. Xahiş edirəm, həddən artıq ehtiyatlı olun. Daşnaklar dünyada onların terrorçu siyasətini bəyənməyən erməniləri öldürüb bizləri günahlandıracaqlar. Bir az gözləmə mövqeyinə çəkilmək və qarşıdurmaya ara vermək lazımdır. Bu həm sizləri şərdən qoruyar, həm də düşmənin planların alt-üst edər. Sizlərlə fəxr edir və qürur duyuruq. Nə yaxşı ki varsınız…

 

Sizlər bu millətin yenidən “doğulması” üçün hər şeyi etdiniz. Tanrı Sizləri qorusun! Qarabağda görüşənədək. Yaşasan müstəqil Azərbaycan!

 

Hər birinizə dərin sayğılarla:

 

Cümşüd Nuriyev, istiqlalçı millət vəkili”.

 

 

Təqdim etdi: Sultan Laçın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir