Məşhur aktrisa 104 yaşında vəfat etdi – FOTO

104 yaşlı aktrisa Oliviya de Hevillend vəfat edib.

RİA-nın məlumatına görə o, Parisdə yerləşən evində həyatla vidalaşıb.
Aktrisa 1939-cu ildə lentə alınmış “Küləklə sovrulanlar” filmindəki rolu ilə məşhurlaşıb.
1916-cı ildə Tokioda anadan olmuş Oliviya 18 yaşında peşəkar karyerasına başlayıb. Aktrisa iki dəfə “Oskar”, iki dəfə isə “Qızıl qlobus” mükafatına layiq görülüb.(oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir