“Milyonçu” şousunun məşhur aparıcısı vəfat etdi

Dünyaca məşhur “Kim milyonçu olmaq istəyir?” şousunun amerikalı aparıcısı, aktyor Redcis Filbin vəfat edib.
“People” jurnalının yaydığı məlumata görə, 89 yaşlı aktyorun ölümü ilə bağlı ABŞ Prezidenti Donald Tramp da başsağlığı verib. Prezident rəsmi sosial media hesabında bu barədə paylaşım edib.
Qeyd edək ki, Filbin telekameralar qarşısında keçirdiyi vaxta görə Ginnesin rekordlar kitabına düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir