“Türkiyə və Azərbaycan Minsk qrupunu prosesdən qovmaq istəyir” – Paşinyan

“Türkiyə və Azərbaycan Minsk qrupunu prosesdən qovmaq istəyir. Rusiya isə susur”.

Bunu işğalçı ölkənin baş naziri Nikol Paşinyan Rusiyanın RBK televiziyasına müsahibəsində deyib. Nikol Paşinyan bildirib ki, Türkiyə hətta Rusiyanı da prosesdən sıxışdırıb çıxarmağa çalışır:
“Aydındır ki, danışıqlar prosesi dalana dirənib. Cənubi Qafqazda maraqları olan qüvvələr də mövcuddur. Rusiyanı neytrallaşdırmaq isətirlər. Kremlin isə bütün bunların öhdəsindən gəlmək imkanları var. Amma biz hələ ki, Moskvadan hər hansı bir addım görmürük”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir