Ərdoğanla Putin Ermənistan-Azərbaycan sərhəddindəki gərginliyi müzakirə etdi…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Bu barədə Türkiyə liderinin dəftərxanası məlumat yayıb.
Qeyd edilir ki, dövlət başçıları ölkələr arasındakı ikitərəfli münasibətləri, eyni zamanda Ermənistanla Azərbaycan arasında yaranmış gərginliyi müzakirə ediblər. Telefon danışığında həmçinin Suriya və Liviyada yaranmış mövcud vəziyyət də diqqət mərkəzində olub.
Bu arada Ermənilərin “Lragir.am” saytının şərhçisi Naira Ayrumyanın xəstə fantaziyası o qədər sərhədsizdir ki, o hesab edir ki, Ankara ilə Bakı birləşib Rusiya dövlətçiliyinin əsaslarını dağıtmaq, Rusiyanı milli respublikalara parçalamaq üçün müsəlman birliyi faktorundan istifadə edirlər. Ayrumyanın fikrincə, belə bir halda Kremlin Türkiyə ilə alyansı davam etdirməsinin heç bir anlamı qalmır.
Ərdoğanın “Nyu- Osmanizm” (yeni Osmanlıçılıq) siyasəti erməniləri narahat edir. Onlar 2021-ci ildə Qars müqaviləsinin, 2023-ci ildə isə Lozann müqaviləsinin 100-cü ilinin tamam olacağını indidən həyəcan və qorxu hissi ilə gözləyirlər. Və buna görə də Rusiyanı Türkiyə və Azərbaycana qarşı kökləməyə çalışırlar. Ermənilər hesab edirlər ki, Ərdoğanın geopolitik planlarını yalnız Putin poza bilər. Onlar hesab edirlər ki, Rusiyanın tarixin gedişatını dəyişmək şansı var…
Ermənilərin bu cür çox uzaq hədəflərə yönlənmiş təhlükəli fikir və ideyalarını diqqətdə saxlamalıyıq, təhlil etməliyik və önləyici tədbirlər görməliyik. Onların Putini və Ərdoğanı qarşı-qarşıya gətirmək planlarını pozmalıyıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir