ÜST: “Koronavirusun mövsümiliyi təsdiqlənməyib”

COVID-19 xəstəliyinə səbəb olan koronavirusun mövsümi xarakteri hazırda təsdiqlənməyib.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris açıqlayıb.
“Mövsüm virusun ötürülməsinə təsir göstərmir”, – deyə, o bildirib.
Onun dediyinə görə, buna koronavirusun həm şimal, həm də cənub yarımkürəsində fərqli mövsümlərdə, fərqli enliklərdə yerləşən bir sıra ölkələrdə sürətlə yayılması sübutdur.
Harris bildirib ki, xəstəliyin yayılmasında sosial məsafəni qorumayan insanların təsiri çoxdur.
O, qripin koronavirusdan fərqli olaraq, mövsümi xəstəlik olduğunu da qeyd edib.
ÜST mövsümi qripin koronavirusun yayılması ilə üst-üstə düşəcəyi təqdirdə səhiyyə sistemlərinin tamamilə yüklənəcəyindən narahatdır.
Harris izah edib ki, koronavirusun hazırkı mərhələsi birinci mərhələ olaraq qəbul edilməlidir, ikincisi isə gah artıb, gah azalan “böyük dalğa” olaraq gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir