AŞPA-nın növbəti sessiyası yanvardan tez keçirilməyəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) oktyabr ayına planlaşdırılan sessiyası ləğv edilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Dövlət Duması sədrinin müavini, Rusiyanın Assambleyadakı nümayəndə heyətinin rəhbəri Pyotr Tolstoy məlumat verib.
“Oktyabr ayına planlaşdırılan iclas ləğv edildi, ənənəvi, üzbəüz formatda növbəti AŞPA iclası, baş tutarsa əgər, yanvar ayından tez olmayacaq. Elə həmin zaman AŞPA Baş katibi, AİHM hakimləri və Avropa Şurasının digər vəzifəli şəxsləri üçün seçkilər keçirilməlidir”, – o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir