“Atası deyirdi ki, evimizdə muğam var, istəyirəm ki, Avropa musiqisi də olsun…”


Xəbər verdiyimiz kimi bu gün Xalq artisti, bəstəkar Vasif Adıgözəlovun anım günüdür. Moderator.az-a açıqlamasında Xalq artisti Faiq Sücəddinov bəstəkarın sənətindən danışıb:
“Vasif Adıgözəlov görkəmli Azərbaycan bəstəkarıdır, Xalq artistidir. Muğam ustadı Zülfü Adıgözəlovun böyük oğludur. O kosnervatoriyanın fortepiano və bəstəkarlıq fakültəsini bitirib. Zülfü müəllimdən soruşanda ki, niyə uşaqlarını bu sənətə qoymusan? Deyirdi ki, bizim evimizdə muğam var və istəyirəm ki, Avropa musiqisi də olsun. V.Adıgözəlov çox gözəl “Natavan” opera musiqisini yazmışdı. Bununla yanaşı, onun bir çox uğurlu mahnıları var və o, doğrudan da yadda qalan bir bəstəkardır. Mən onunla yaxın olmuşam onun musiqisi xalqa o qədər yaxın idi ki, çox böyük sevgiylə qəbul olunurdu. Ş.Əlkəbərova, A.İslamzadə onun mahnılarını oxuyub. Onun dostları T.Quliyev və C.Cahangirov idi. Mən bu gün də onun musiqilərinə qulaq asıram. O, öz əsərləri ilə həmişə ürəklərdə yaşayacaq”.
Xatırladaq ki, Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyulun 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konseravtoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fotrepiano üzrə Simuzər Quliyevanın sinfində təhslini davam etdirib. 2006-cı il sentyabrdın 15-də dünyasını dəyişib. V.Adıgözəlov dirijor Yalçın Adıgözəlovun atasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir