Lavrov Berlinə səfərini ləğv etdi

Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyaya planlaşdırılan səfərini ləğv edib.
Modern.az xəbər verir ki, iki ölkə arasında elmi-humanitar əməkdaşlıq illiyinin bağlanma mərasiminə qatılmalı olan Lavrov Berlinə uçmayacaq. Buna səbəb Almaniya tərəfinin görüşün qrafikini dəyişməsi olub.
Almaniya xarici işlər naziri Hayko Maasın Lavrovla görüşə yalnız saat yarım vaxt ayıra biləcəyi bildirilib. Lavrov görüşün vaxtının azaldılmasına görə, səfəri ləğv edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir