Soçi görüşündə Lukaşenko hər ehtimala qarşı Putindən həyatına zəmanət istəyib… – İDDİA

 

Sən demə, Lukaşenko etiraz məqsədilə küçəyə çıxan qadınlara baxıb zövq alıb bığaltı gülümsəyirmiş

14 sentyabrda Lukaşenko Rusiyada işgüzar səfərdə olub, bu, Belarusda hökumət əleyhinə etirazların başladığı gündən bəri onun ilk xarici səfəridir. Soçidə RF prezidenti Vladimir Putinlə Aleksandr Lukaşenko arasında görüş keçirilib.
“Rusiya Belarusda keçirilən seçkilərin nəticələrini tanıyır və ölkə prezidenti Aleksandr Lukaşenkonu qanuni dövlət başçısı hesab edir”.
Moderator.az “Meduza” nəşrinə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Lukaşenko ilə Putin arasında Soçidə keçirilən görüşdən sonra bu açıqlama ilə çıxış edib.
“Aleksandr Qriqoryeviç Belarus Respublikasının qanuni prezidentidir və dövlətlərarası münasibətlərdə Prezident Putinin həmkarıdır. Seçki nəticələri ilə razılaşmayan insanlara gəldikdə: hamısı qardaş Belarus vətəndaşlarıdır, hamımız onları qiymətləndiririk və sevirik”- Kremlin sözçüsü deyib.
Meduza-nın verdiyi məlumata görə, Putinlə Lukaşenko arasındakı görüş dörd saatdan çox davam edib.
Görüşdə Putin “bu çətin anda” Rusiyanın Belarusa 1,5 milyard dollar kredit verəcəyini söyləyib.
Lukaşenko və Putin Belarusdakı etirazları müzakirə ediblər. Lukaşenko Minsk küçələrinə çıxan qadınların yürüşlərinə gülümsəyərək baxdığını və “heç kimin qırmızı xətləri pozmadığını”deyib.
Başqa mənbələrdən verilən məlumata görə Lukaşenko hər ehtimala qarşı Putindən həyatına zəmanət istəyib. Vəziyyət qarşısıalınmaz olarsa, onun Moskvaya gəlmək ehtimalı da müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir