Tovuz meşələrinin qəniminə çevrilən Azərə himayədarlıq edən Asəf kimə arxayındır? – videofakt

Əziz oxucular!

“aztv.news”-in əməkdaşları bu gün Tovuz rayonunun Quşçuluq kəndində fəaliyyət göstərən taxta sexində olduq.  Burada qanunsuz yolla ağacların kəsilməsinin şahidi olduq. Bu da azmış kimi, çəkiliş edərkən sözügedən sexdə azyaşlı (12-14 yaş arasında olan oğlan uşaqları) əməyinin istismar edilməsinin də şahidi olduq. Uşaqlara yaxınlaşıb sizi burda kim çalışdırır, əmək müqaviləniz varmı? – sualımıza özünü Azər kimi təqdim edən obyekt sahibi xüsusi əda ilə “MƏN ÇALIŞDIRIRAM” cavabını verdi.  Apardığımız müşahidələr zamanı o da bəlli oldu ki, Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin səlahiyyətli işçisi Asəf adlı şəxs özünün maddi marağı qarşılığında bu kimi sexlərdə meşə ağaclarının kəsilib, yeşiklər hazırlanması üçün şərait yaradır. Və o, bu kimi qanunsuz sexlərə “HİMAYƏDARLIQ” edir.

Yuxarıda sadaladığımız faktlarla bağlı daha ətraflı hazırladığımız videosüjetdə izləyə bilərsiniz.

Redaksiya olaraq yazıda adı keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq.

P.S. Mövzunun araşdırılıb hüquqi qiymət verilməsi üçün məqaləni aidiyyatı üzrə bütün orqanlara göndaracayik.

Bizi izləyin…

“aztv.news”

Seymur Məmmədov,

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir