Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin səlahiyyətli işçisi Asəf, Çingizin qanunsuz sexinə “HİMAYƏDARLIQ” edir – videofakt

Əziz oxucular!

“aztv.news”-in əməkdaşları bu gün Tovuz rayonunun Qovlar kəndində fəaliyyət göstərən taxta sexində qanunsuz yolla ağacların kəsilməsinin şahidi olub. Bu az imiş kimi, çəkiliş edərkən sözügedən sexdə azyaşlı (12-14-18 yaş arasında olan oğlan uşaqları) əməyinin istismar edilməsinin də şahidi olduq. Sözügedən taxta sexinin sahibi Çingiz adlı şəxsdir.

Apardığımız müşahidələr zamanı o da bəlli oldu ki, Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin səlahiyyətli işçisi Asəf adlı şəxs özünün maddi marağı qarşılığında bu kimi sexlərdə meşə ağaclarının kəsilib, yeşiklər hazırlanması üçün şərait yaradır. Və o, bu kimi qanunsuz sexlərə “HİMAYƏDARLIQ” edir.

Yuxarıda sadaladığımız faktlarla bağlı daha ətraflı hazırladığımız videosüjetdə izləyə bilərsiniz.

Redaksiya olaraq yazıda adı keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq.

P.S. Mövzunun araşdırılıb hüquqi qiymət verilməsi üçün məqaləni aidiyyatı üzrə bütün orqanlara göndaracayik.

Bizi izləyin…

 

“aztv.news”,

Seymur Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir