Bakıda qəzaya uğrayan avtomobilin sürücüsü zərbənin təsirindən yol kənarına düşərək ölüb – FOTOLAR

Bakının Sabunçu rayonu ərazisində şəhər istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil digər minik maşınına dəydikdən sonra hərəkətdə olan “KamAZ” markalı yük avtomobilinə, daha sonra isə yol kənarında olan dəmir arakəsmələrə çırpılıb.
APA xəbər verir ki, nəticədə “Mercedes” markalı avtomobildə olan sürücü, avtomobildən çıxaraq bir neçə metr kənara düşüb və hadisə yerində dünyasını dəyişib. Avtomobilin sərnişinləri isə yüngül bədən xəsarətləri alıb.
“KamAZ”  markalı yük avtomibilinin və digər minik maşının sürücüləri xəsarət almayıb.
Hadisə yerinə polis və Təcili Tibbi Yardım əməkdaşları gəlib.
Yolda qısa müddətlik tıxac yaranıb.
Hadisənin dəqiq səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir