Qazaxda suvarma işinin təşkili yüksək səviyyədədir – foto

Xüsusi olaraq vurğulamaq istəyirəm ki, ulu öndər Heydər Əliyev meliorasiya və suvarma işinə məxsusi həssaslıqla yanaşır, bu sahədə mövcud problemlərin həlli üçün ən kəskin və qətiyyətli addımları atır, bu vacib sahənin əhəmiyyətini hamıya hiss etdirirdi.

Bu sahənin əməkdaşları üçün ikiqat fərəhlidir ki, möhtərəm Prezidentimiz, ulu öndərin layiqli davamçısı İlham Əliyev də suvarmanın əhəmiyyətini önə çəkir və bu sahənin inkişafı üçün hər cür kömək göstərir.

Yəqin ki, statistika həvəskarları maraqlansalar, yaxın keçmişə müraciət etsələr, görərlər ki, ulu öndərin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra yüz minlərlə hektar ölü torpaq sahələri yenidən “canlanıb”, yenidən bar-bərəkət yetirən müqəddəs bir nemətə çevrilib.

Qazax əhalisi suvarma işinin nə demək olduğunu digər bölgələrdən daha yaxşı bilirlər.

Çünki Qazax rayonu Suvarma Sistemləri İdarəsinin Vəkilov Məhəd Moşu oğlu kimi rəisi var.

Qısa tanışlıq: Vəkilov Məhəd Moşu oğlu 1959-cu ildə Qazax rayonun Xəzdərili heyvanlar sovxozunda anadan olub. İlk ali təhsilini Gəncə baza inşaat texniki universitetində alıb. Daha sonra 1998-ci ildə Gürcüstan texniki universitetinin mühəndis mexaniki fakültəsinə qəbul olub, 2002-ci ildə bitirib. Məhəd müəllim 2020-ci ildən Qazax rayonu Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində əzmlə çalışır.

Qazax rayonunun özünəməxsus iqlimi var — qışı çox sərt keçməsə də, yayının istisinə, necə deyərlər, söz ola bilməz. Həmişə torpaqla “ünsiyyətdə” olan, ruzisini torpaqdan çıxaran qazaxlılar işin azından, çoxundan, havanın isti-soyuğundan qorxmurlar. Bircə nigarançılıqları əkdikləri sahələrin vaxtında suvarılması sarıdandır.

Məhz Məhəd müəllimin qazax Rayon Suvarma Sistemləri İdarəsinə rəhbərli etdiyi dönəmdən bu yana sakinlər üçün son illər bu barədə də hər şey qaydasındadır.

Bu gün zənnimcə hamı bilir ki, torpaqla bağlı insanların əməklərinin, əziyyətlərinin hədər getməməsi, çəkdikləri zəhmətin bəhrəsini görmələri Məhəd müəllimin fəaliyyəti ilə sıx əlaqəlidir. Bu da sözsüz ki, bir rəbər kimi onun məsuliyyətini ikiqat artırır, daha da yaxşı işləməyə sövq edir.

Ulu öndər Heydər Əliyevin məşhur sözü var: “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir”. Bizdə də belədir – torpağı normal suvarılan fermer, kəndli, bir sözlə, torpaq adamı torpaqdan hər cür nemət, məhsul götürməyə və rəvan həyat qurmağa qadirdir.

İş fəaliyyətində qüsursuz xidmətinə görə bu günlərdə Məhəd müəllim “aztv.news”-in dostu adına layiq görülüb və bu münasibətlə ona “Fəxri diplom” təqdim edilib. Uğurlarınız bol olsun, Məhəd müəllim!

“aztv.news”

Seymur Məmmədov

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir