Bakı Slavyan Universitetində tələbələrin qeydiyyatı onlayn formada həyata keçirilir

Sentyabrın 25-də Bakı Slavyan Universitetində (BSU) 2020-2021-ci tədris ilində I tədris ilinə qəbul olunan tələbələrin qeydiyyatının onlayn formada həyata keçirilməsinə başlanılıb. Məlumat üçün bildiririk ki, BSU-nun rektoru, professor Nurlana Əliyevanın 17 sentyabr  2020-ci il tarixli  29 nömrəli əmri ilə universitetə ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunan tələbələrin qeydiyyatının onlayn formada təşkil edilməsi məqsədilə rektorun sədri olduğu və tərkibinə bu ali təhsil müəssisəsinin müvafiq strukturlarının əməkdaşlarının daxil edildiyi 11 nəfərdən ibarət Sənəd Qəbulu Komissiyası yaradılıb. Sənəd Qəbulu Komissiyasının qarşısında  universitetə qəbul olunan tələbələrin sənədlərinin qeydiyyatı prosesində qarşıya çıxan məsələlərin mövcud qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla çevik şəkildə həllinin təmin edilməsi vəzifəsi qoyulub. Sənəd Qəbulu Komissiyasının Məsul katibi Tələbə və məzunlarla iş şöbəsinin müdiri, dosent Nəsib Cəbrayılovdur. Sənəd Qəbulu Komissiyası şənbə və bazar günləri istisna olmaqla, hər gün saat 9:00-dan 17:00-dək fəaliyyət göstərir. Qeyd etmək yerinə düşər ki, Sənəd Qəbulu Komissiyası öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.
Məlumat üçün onu da bildiririk ki, 2020-2021-ci tədris ilində BSU-ya ali təhsilin bakalavriat səviyyəsinə 26 ixtisas üzrə 941 nəfər qəbul olunub. Qeyd edək ki, BSU-ya qəbul olunan tələbələr aşağıdakı linkə daxil olaraq onlayn qeydiyyatdan keçə bilərlər:
Onlayn qeydiyyat oktyabrın 7-dək davam edəcək. Müəyyən olunmuş müddət ərzində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
BSU-nun Mətbuat Xidməti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir