Göygöldə priton işlədən Yusifin işçisi Allahverənın azğın əməli sərhəd tanımır – İDDİA

Əziz oxucular!

Ötən gün Göygöl rayonunun Nadel kəndi Aeroport yaxınlığında aşkar edilən Yusif adlı şəxsin çalışdırdığı pritonun işçisi Alllahverən adlı kəs “aztv.news”-in baş direktoru Seymur Məmmədova soyuq silahla hücum edib. Belə ki, çəkiliş aparmaq istəyən Seymur Məmmədov haqsız hücuma məruz qalıb. Allahverən adlı bu adam özünün təqirkar olduğu halda, qarşı tərəfi günahkar çıxarmaq həvəsi həyasızlığın ən son həddidir.

Seymur Məmmədov iddia edir ki, bu adam etdiyi əxlaqsızlığa pərdə tutmaq əvəzinə, nalayiq söyüş, təhqirlərlə, əlinə balta, çəkic, bıçaq alaraq üstümüzə hücum çəkməkdən çəkinmədi.

Hələ bu da azmış kimi mənə məxsus şəxsi avtomobilimə də hücum çəkən Allahverən maşınımın kopot və qapısını yararsız hala salıb.

Yalnız bu azğınlığından sonra 102 saylı polis xidmətinə müraciət edən Seymur Məmmədovun avtomobili ona gecə saat 1.00 radələrində polis işçiləri tərəfindən təhvil verilib.

Hüquq şöbəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir