“Qadınlar batalyonuna yalvarırdım ki, məni də tibb bacısı kimi cəbhəyə aparın…”

“Azərbaycan xalqı mərd və istəyindən dönməz xalqdır. Bu da nədir? Bu vicdandır, namusdur, qeyrətdir, həm anadır, həm də vətən”
Bu sözləri xalq artisti Flora Kərimova Moderator.az-a son günlər cəbhə xəttində baş verən hadisələrə münasibətini bildirərkən deyib.
Xalq artisti həmçinin 1992-ci il döyüşləri zamanı qadınlar batalyonuna yazılmaq istəyindən də söz açıb:
“1990-cı il hasisələri zamanı bütün qadınlarla mitinqə çıxırdıq. Dönüb arxaya baxırdım ki, nə qədər qorxmaz qadınlarımız var. Sevinirdim, fərəhlənirdim.. 1992-ci ildə də cəbhədə qızğın döyüşlər gedəndə Ağdərəyə kimi getdim. Sərhəddən məni güc-bəla ilə buraxdılar. Mən də bu yolla, cəbhədəki çıxışlarla xalqa, insanlara təsəlli vermək istəyirdim. O vaxt qadınlar batalyonu təşkil etmişdilər. Yalvarırdım ki, nə olar, məni də döyüşçü kimi aparmırsınızsa, heç olmasa tibb bacısı kimi cəbhəyə aparın. Deyirdilər ki, yox, Flora xanım, olmaz” – deyə xalq artisti bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir