Ali Baş Komandan məhv edilən düşmən texnikasının siyahısını AÇIQLADI

Azərbaycan Prezidenti İlham Əliyev son günlər ərzində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş Ermənistan texnikasının bir hissəsini açıqlayıb. 

Dövlət başçısı bu gün xalqa müraciətində bildirib ki, sentyabrın 27-dən bu günədək Ermənistanın 234 tankı məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb: “Piyadaların döyüş maşını – 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb, 16 ədəd özüyeriyən artilleriya qurğusu məhv edilib, 190 ədəd müxtəlif çaplı toplar, 2 ədəd “Uraqan” sistemi, 1 ədəd TOS odsaçan, 2 ədəd “Elbrus” əməliyyat taktiki raket kompleksi, 1 ədəd Toçka-U, 35 ədəd OSA zenit raket kompleksi, 3 TOR zenit raket kompleksi, 5 KUB və Kruq zenit raket kompleksi, 9 ədəd radioelektron mübarizə sistemləri, 2 ədəd S-300 zenit raket kompleksi, 198 ədəd yük avtomobili məhv edilib, 98-i qənimət kimi götürülüb. Hər bir adam, hər bir mütəxəssis bu texnikanın qiymətini açıq mətbuatdan götürə bilər. Və bu suallara biz cavab tapmalıyıq və tapacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir