“Kim nə deyirsə-desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır” – Ərdoğanın sözçüsü

“Ermənistan elan edilmiş humanitar atəşkəsə baxmayaraq, müharibə cinayətləri törədir. Xocalıda olduğu kimi, qadın, uşaq, qoca və mülki şəxslər demədən qətl törədir”.

Bu sözləri Ermənistanın Gəncə şəhərində mülki əhalinin yaşadığı məhəlləni raket atəşinə tutmasına münasibət bildirən Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın tvitter hesabında yazıb.
“Bu qanunsuzluq və qırğınlar qarşılıqsız qalmayacaq. Kim nə deyirsə-desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır”, – deyə Kalın əlavə edib.(Qafqazinfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir