“Zalımın zülmü artıqca, sonu yaxınlaşır, düşmən axır nəfəsini hiss edir…”

“Erməniləri Allaha həvalə edirəm. İnanın ki, onların bu hərəkətləri yerə-göyə sığmayan haqsızlıqdır”
Bunu açıqlamasında Xalq artisti Səkinə İsmayılova deyib. Xalq artisti düşmənin axırının çatdığını və buna görə günahsız insanları qətlə yetirdiyini bildirib:
“Erməniləri Allaha həvalə edirəm. İnanın ki, onların bu hərəkətləri yerə-göyə sığmayan haqsızlıqdır. Bu, insanlığa sığmayan cinayətdir. Həzrət Əlini bir kəlamı var, deyir ki, “Zalımın zülmü artıqca, sonu yaxınlaşar”. Bəli, bu belədir, onlar axır nəfəslərini hiss edirlər. Ona görə hər cür vəhşiliyə əl atırlar. Amma bu gün bir həqiqət var ki, xalq bir yumruq kimi birləşib otuz illik həsrətin qələbə sevinci ilə başa çatacağına inanır və bunun nəticəsini görür. Allah Ali Baş Komandanımızı, dövlətimizi, millətimizi, ordumuzu salamat eləsin. Şəhid övladlarımızın ruhu şad olsun. Dinc əhaliyə əzab verən xain düşmənlərimizin Allah bəlasını versin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir