Təlxəyin arvadı 13 nəfərlik dəstəsi ilə üstümüzə gəlir…

Azərbaycan Ordusu qarşısında məğlubiyyətə uğrayan Ermənistanda qadınlar da orduya cəlb edilir.
Paşinyanın arvadı Anna Akopyan 13 qadından ibarət birlik yaradaraq təlimlərə başlayacaqlarını açıqlayıb. A.Akopyan deyib ki, bundan sonra cəbhəyə gedib döyüşəcəklər.
Əgər yadınızdadırsa, İtalyan dilində yayımlanan “Eurasianews” xəbər portalı A.Akopyanın erməni qadınlarını Azərbaycanın mülki şəxslərinə qarşı hücum etməyə hazırladığını yazmışdı.
Son aylar həyat yoldaşıyla birlikdə adı bəzi intriqalarda hallanan Akopyan, 2018-ci ildə bölgədə barışın tərəfdarı olduğunu deyərək, Azərbaycan qadınlarını hətta sülhə çağırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir