“Danışıqlar prosesinin tabutunda son mismar Paşinyanın Qarabağın Ermənistan olduğunu söyləməsi oldu”

ABŞ-ın “New York Times” qəzetində Dağlıq Qarabağ münaqişəsinin son durumu ilə bağlı məqalə dərc olunub.
 Yazıda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də fikirləri yer alıb. H.Hacıyev “Müzakirə prosesinin tabutundakı son mismar Paşinyanın Dağlıq Qarabağın Ermənistan olduğunu söyləməsi oldu”, – deyə nəşrə bildirib.
H.Hacıyev müsahibədə qeyd edib ki, Azərbaycan Nikol Paşinyanın 2018-ci ildə Ermənistanda hakimiyyətə gəlişindən sonra münaqişənin dinc yolla həlli prosesində irəliləyişə ümid edib. Sabiq jurnalist Paşinyan Azərbaycan Prezidenti ilə ilk görüşündə vaxt istəyib, eyni zamanda Dağlıq Qarabağla bağlı yeni siyasət yürütməyə söz verib.
Lakin bu yeni siyasət gəlməyib. Analitiklərin sözlərinə görə, gərginlik bu il daha da artıb. Çünki Paşinyan və onun müdafiə naziri Şuşanı paytaxt etmək və avqustda parlamenti ora köçürmək planları barədə populist bəyanatlar veriblər.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi məqaləni özünün “Twitter”dəki hesabında paylaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir