Erməni general Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə etdiklərini açıqlayıb

Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı “İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə olunub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin sabiq müavini, Müdafiə Nazirliyinin (MN) Hərbi Nəzarət Xidmətinin sabiq rəisi general-leytenant Movses Akopyan jurnalistlərə bildirib.
“Lakin hansı istiqamətdə istifadə olunduğunu deyə bilməyəcəyəm”, – deyə erməni general vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir