Lukaşenko Azərbaycana yeni səfir təyin edib

Belarus Azərbaycana yeni səfir təyin edib.
“Report” Belarus prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı Aleksandr Lukaşenko Andrey Ravkovu Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Qeyd edək ki, Belarusun Azərbaycandakı hazırkı səfiri Gennadi Axramoviç bu vəzifədə 2015-ci ildən bəri çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir