“Navalnını dəstəkləyirik, çünki Putinin düşmənidir”

“Əgər Aleksey Navalnı Putinin düşmənidirsə, biz Navalnını dəstəkləyirik”.

Bunu Ukrayna Xarici işlər naziri Dmitri Kuleba deyib.
Nazirin sözlərinə görə, Rusiyada həbs olunan müxalifətçi Alekey Navalnı bir gün demokratik seçkilər nəticəsində hakimiyyətə gələcəyi təqdirdə, ölkəsi işğala görə üzr istəməli və Krımı Ukraynaya qaytarmalı olacaq:
“Düşmənimin düşməni mənim dostumdur. Bu səbəbdən Navalnı Putinin düşmənidirsə, Navalnını dəstəkləyirik. Bu qədər sadədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir