Ermənistan Milli Təhlükəsizlik Xidməti qanunsuz silah ticarəti hadisəsinin üstünü açdı

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Qarabağdakı müharibə zamanı silah və sursatların qanunsuz alınması, saxlanması və ticarəti ilə bağlı daha bir hadisəni aşkarlayıb.

Bu dəfə əməliyyatçıların diqqət mərkəzinə Qarabağ polisinin Laçın şöbəsinin rəis müavini A.B. düşüb İstintaq nəticəsində A.B.-nin Cəbrayıl ərazisindəki döyüş əməliyyatlarına qatılaraq qanunsuz olaraq 45 Kalaşnikov avtomatı, patronlu 8 tapança darağı, ov tüfəngləri, onlar üçün yüzlərlə patron, bir əl qumbarası əldə etdiyi müəyyən edilib.  Polis zabiti bütün bunları Ermənistanın Sünik bölgəsinin Tex kəndinə daşıyaraq dostu S.G. evində gizlədib.

O, silah və sursatların bir hissəsini satmaq, qalanını isə polisə təslim olmaq məqsədi ilə etibarlı şəxslərinə vermək niyyətində olub.  Beləliklə, polis özünün “zərbəçi” göstəricilərini nümayiş etdirərək rəhbərlik qarşısında fərqlənmək istəyib.

Hüquq-mühafizə orqanları iki Kalaşnikov avtomatının A.B. tərəfindən tanışlarına satdığını, onlar da öz növbəsində bu silahların hər birini 500-600 dollara satmağı düşündüyünü aydınlaşdırıb.

Mövcud dəlillərə əsaslanaraq A.B. nəzarətə alınıb. Ona cinayət məcəlləsinin bir sıra maddələri ilə ittiham irəli sürülüb və həbs olunması üçün vəsatət məhkəməyə təqdim edilib.

Xatırladaq ki, bir neçə həftə əvvəl MTX döyüş bölgəsindən silahları satmaq məqsədilə qanunsuz olaraq əldə edib saxlayan cinayətkar qrupun sxladığını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir