Yevlax rayon Rüstəmli kənd orta məktəbində karantin qaydalarına əməl edilmir – VİDEOFAKT

Əziz oxucular!

Heç kəsə sirr deyil ki, dünyanı cənginə alan “coronavirus” pandemiyası ilə əlaqədar olaraq, ölkəmizdə də iki ildir ki, gah sərt, gah nisbətən yumşaldılmış şərtlərlə karantin dövrü yaşayırıq.

Son iki ildə tədris-təhsil sahəsində məktəblərdə şagird sıxlığının azaldılması üçün aparılan islahatlar da onu göstərir ki, Nazirlər Kabinetinin müvafiq əmrinə əsaslanan Təhsil Nazirliyi də başda olmaqla hər kəs yekdilliklə çalışır ki, gələcəyimiz olan şagirdlər bu virusdan yan keçə bilsin. Buna sübut olaraq, sonuncu karantin yumşalmasından sonra açılması ilə yoluxma faktoru aşkarlanan Bakının Sabunçu rayonundakı 82 saylı orta məktəbin yenidən bağlanmasını göstərmək olar.

Lakin, çox-çox əfsuslar olsun ki, bütün bu sadalananlar sanki Yevlax rayon Təhsil Şöbəsindəkiləri maraqlandırmır. Belə ki, “aztv.news” xəbər saytının baş direktoru Seymur Məmmədov bu səhər Yevlax rayon Rüstəmli kənd orta məktəbinin xanım müdirəsinin özünün karantin qaydalarına əməl etdmədiyinin birbaşa özü şahidi olub. Xanıma yaxınlaşıb haqlı olaraq, “bəs başçı olduğunuz halda, qaydalara əməl etməsəniz, burda dərs alan şagirdlərə necə olarsınız?” sualımız deyəsən, xanım müdirənin heç ürəyincə olmadı.

Səhvini anlayıb, yanlışını düzəltmək əvəzinə, jurnalistlərlə aqressiv danışan, məktəb sanki özünün şəxsi mülküdür, jurnalistlər isə çağırılmamış qonaq kimi davranmaqdan çəkinməyən xanım müdirəylə sözü çox uzatmadan, aidiyyatı qurumlara məsələnin araşdırılması üçün mövqeyimizi bildirdik.

Hörmətli Yevlax RİH-nın başçısı, hörmətli, Təhsil nazirimizdən çox-çox xahiş edirik, Yevlax rayon Rüstəmli kənd orta məktəbinin xanım müdirəsinin özündən başqasını düşünmədən millətin uşaqlarının həyatını “COVİD-19” riski ilə üz-üzə qoyan davranışlarının qarşısının alınması üçün birbaşa göstərişinizi verəsiniz…

Mövzunu diqqətdə saxlayacağıq.

Bizi izləyin…

Seymur Məmmədov,

“aztv.news”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir