Hansı ildə Ramazan orucluğu iki dəfə başlayacaq?..

2021-ci ilin Ramazan ayının başlanmasına bir həftədən az vaxt qalıb və maraqlıdır ki, 2030-cu ildə müsəlmanların müqəddəs ayı iki dəfə başlayacaq.

Bu maraqlı təqvim olayını Böyük Britaniyanın “Birmingham Mail” nəşri diqqətə çatdırıb.
“İlk dəfə Ramazan 2030-cu ilin yanvar ayında başlayacaq, ikinci dəfə isə orucluq ayı eyni ilin dekabr ayında başlayır. Bu, İslam Ay təqviminin ildə 354 gün nəzərdə tutulması ilə əlaqədardır. Buna görə də hər il Miladi təqvimə görə İslam təqviminin tarixləri orta hesabla 11 gün geri çəkilir. Beləliklə, 2022-ci ildə Ramazan təxminən 2 aprel tarixində başlayacaq və 2030-cu ilə qədər  orucluğun başlanğıcı yanvar ayına gəlib çıxacaq. Odur ki, növbəti müqəddəs ayın başlanğıcı da eyni – 2030-cu ilə düşəcək və Ramazan dekabrın sonunda başlayacaq” –deyə ingilis nəşri yazır.
Allah bütün zamanlarda tutacağımız orucları qəbul etsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir