“VMƏK”İB-in İdarə Heyəti fəalları millət vəkili Qənirə Paşayeva ilə görüşüb

 

Dünən “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədr əvəzi Qalib Əliyev və Birliyin icraçı direktoru Zamin Zeynal Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə xanım Paşayeva ilə görüşüb.

 

“VMƏK”İB-in İdarə Heyəti fəalları Millət vəkili Qənirə xanım Paşayevanın 44 günlük Vətən müharibəsi dövründə, torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə müzəffər ordumuzun ön sıralarında fədakarcasına xidmət göstərərək Ali Baş Komandan cənab İlham Əliyevin hərbi qulluqçularla bağlı əmir və tapşırıqlarını layiqincə yerinə yetirərək xalqımıza qələbə zəfəri bəxş etmiş Şəhidlərə, Şəhid ailəri və Qazilərə göstərdiyi diqqət və qayğı ilə yanşı milli, vətənpərvər ruhlu fəaliyyətinə görə Birliyin sədri Qurban Məmmədovun adından fəxri diplom və xarı bülübün simvolu ilə yanaşı Azərbaycan xəritəsinin də yer aldığı hədiyyəni iltifatla təqdim ediblər.

Görüş zamanı Komitə sədri ilə milli, mədəni, vətənpərvər ruhunda qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edərək bu cür ictimai əhəmiyyətli görüşlərin, birgə vətənpərvər təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətindən danışıblar.

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədri Qurban Məmmədov başda olmaqla İdarə Heyətinə ona göstərilən diqqətə, vətənpərvər və fədakar fəaliyyətə görə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, görüşün sonunda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Millət vəkili Qənirə xanım Paşayeva Birliyinin idarə heyyətinin fəallarına hədiyyələr təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir