Var olsun yaxşılar, yaxşılıqlar! – foto

Əziz oxucular!

“aztv.news”-in əməkdaşları bu gün sözün əsl mənasında insaniyyətin nümunəsi olan davranışın şahidi olublar. Belə ki, Gəncə şəhəri icra hakimiyyəti başçısı tabeliyində nəqliyyat idarəsinin daşınmalar şöbəsinin isçiləri və həmin şöbənin rəisi Fuad Rüstəmli, ictimai nəqliyyat vasitəsində halı dəyişən şəhər sakini ilə nümunəvi davranışı ilə ətrafdakı hər kəsin rəğbətini qazanıb.

Görünən odur ki, nə qədər ki, yer üzündə Fuad Rüstəmli kimi işinə və ətrafına diqqət və qayğı ilə yanaşan məsul şəxslər var, dünya məhz belə yaxşılıqların üzünə dayanır.

Fuad Rüstəmlinin simasında deyirik, “Var olsun yaxşılar və yaxşılıqlar!”

Seymur Məmmədov,

“aztv.news”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir