Kirayə qaldığı evi satın almaq istəyənlərin sayı açıqlanıb

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş ipoteka kreditlərinin sayı və məbləği barədə məlumat verilib.

2021-ci ilin əvvəlindən may ayının 1-nə fond 1 893 borcalana 132,5 milyon manata qədər ipoteka krediti verib.

Ümumilikdə isə bu günə qədər fond 33 min 355 borcalana 1 milyard 772 milyon 590 min 620 manat məbləğində ipoteka krediti verib. Təkcə aprel ayında isə 483 borcalan 35,3 milyon manat məbləğində kredit əldə edib.

Fondun məlumatına görə, zəmanət və subsidiya mexanizmi ilə 231 milyon 270 min manat məbləğində kredit maliyyələşdirilib.

Vətəndaşlar 2020-ci ilin mart ayından etibarən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi üzrə müraciət etməyə başlayıb və ümumi 769 mənzil satmaq öhdəliyi kirayəçilərin istifadəsinə verilib.

2021-ci ilin əvvəlindən may ayının 1-ə isə dövlət xətti ilə kirayəçilərə satmaq öhdəliyi ilə 356 mənzil təqdim edilib. Təkcə aprel ayında isə 103 mənzil satmaq öhdəliyi kirayəyə vermək yolu ilə vətəndaşlara təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir