Qırğızıstan və Tacikistan qoşunları sərhəddən geri çəkildi

Qırğızıstan və Tacikistanın qoşunlarının sərhəddən geri çəkilməsi prosesi başa çatıb.

TASS bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinə istinadən xəbər yayır.

“Tərəflər dövlət sərhəd xəttindən ərazilərinə qədər əlavə qüvvə və vasitələrin çıxarılmasını başa çatdırdılar”, – deyə nazirlikdən bildirilib.

Qeyd olunur ki, ölkələrin qoşunları tərəfindən tutulan ərazilərin yoxlanılması üzrə müştərək komissiyanın işi davam edir. Eyni zamanda, sərhəddəki vəziyyət sabit olaraq qiymətləndirilir, son bir gecə ərzində hər hansı bir insident və ya atışma qeydə alınmayıb.

Xatırladaq ki, aprelin 28-də Qırğızıstan və Tacikistan sərhədində Tacikistan tərəfinin öz ərazisi hesab etdiyi Qırğızıstanla mübahisəli “Qolovnoy” su paylama məntəqəsi rayonunda yerli sakinlər arasında münaqişə baş verib. Hər iki tərəfdəki qarşıdurmalar nəticəsində təxminən 40 nəfər ölüb, 200-dən çox adam yaralanıb. Mayın 1-də Bişkek və Düşənbə Qırğızıstan-Tacikistan sərhədində tam atəşkəs barədə razılığa gəliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir