Türkiyə və Azərbaycan prezidentlərinin dostluq, qardaşlıq münasibətləri

 

 

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın, ölkələrimizin bu bağlılığı hər iki dövlət başçılarının çıxışlarında da hər zaman təsdiqlənir. Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir.

Hər bir ölkə daxili və xarici siyasətini, iqtisadiyyatını, idarəetməsini, beynəlxalq əlaqələrini düzgün formada qurub inkişaf etdirdikcə regionda güclü dövlətə çevrilir. Bu yüksəliş isə heç də bütün ölkələr tərəfindən birmənalı qarşılanmır.

İyunun 16-da Türkiyə Prezidenti Milli Məclisdəki tarixi çıxışı ilə bir daha dünyanın diqqətini Azərbaycana yönəltdi. Prezident Ərdoğan parlamentdə bir çox mühüm məsələlərə toxundu və birmənalı şəkildə dünyaya çatdırdı ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. O, çıxışında Cənubi Qafqazdakı sülh və əmin-amanlıqdan yalnız Azərbaycan deyil, Ermənistan da daxil olmaq üzrə bütün bölgə ölkələri, hətta bütün dünyanın qazanclı çıxacağını vurğuladı. Həmçinin əsas məsələ “Altılıq Platforması” ilə – Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan platforması yaradılmasının regional vacibliyini vurğuladı. Yeni platforma bütün bölgənin inkişafına xidmət edəcək. Çünki davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Kommunikasiyaların bərpası və əməkdaşlığın formalaşması üçün əsas layihələrdən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır. Belə ki, Türkiyə və Azərbaycan arasındakı imzalanmış Şuşa Bəyannaməsi ilə təkcə iki qardaş ölkəni deyil, bütün türk dünyasını, eləcə də Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin açılması qətiləşdi və bu proses sürətləndiriləcək.

Müttəfiqlik haqqında imzalanmış Şuşa Bəyannaməsində bu məsələnin əks olunması böyük məna daşıyır:

Bütövlükdə, işğaldan azad edildikdən sonra Qarabağa ilk səfər edən xarici dövlətin başçısı Türkiyə Prezidenti oldu. Azərbaycan və Türkiyənin növbəti mərhələdə siyasi, iqtisadi və hərbi sektorda əməkdaşlığına dair bəyannamə Bakıda deyil, Qarabağda imzalandı. Bununla da bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri birliyimizin, həmrəyliyimizin rəmzi olaraq Qarabağda yeni və ciddi proseslərə hazırlaşdığını bəyan etdi.

Prezident Ərdoğan Qarabağımıza, işğaldan azad olunmuş torpaqlarımıza, dünyanın mədəniyyət beşiyi Şuşamıza səfər etmiş ilk dövlət başçısı oldu. Bunun özü də bir xoşbəxtlik, bir qismət, Böyük Yaradanın bir lütfüdür. Bu səfərdən, bu tarixi hadisədən türk dünyası, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, həmrəyliyi bir daha güclənmiş, bir daha sıx tellərlə möhkəmlənmiş şəkildə çıxacaq. Bu səfər türkün yeni inkişaf, yeni zəfər mərhələsi olacaq.

 

Zəfərin, zəfərlərin mübarək, türk dünyası! Yaşasın, Azərbaycan-Türkiyə qardaşlığı və həmrəyliyi!

 

Ramil Qasımov

Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir