Cəlilabadda görülən inkişaf işləri bizləri də sevindirir

Aztv.News saytının əməkdaşları Cəlilabad rayonunda ezamiyyədə olubdur.

Ölkənin bütün rayonlarında olduğu kimi Cəlilabad rayonunda da abadlıq işləri davam etdirilirdi. Rayonda görülən inkişaf bizləri də sevindirirdi. Rayon əhalisinin əsas məşğuliyyətindən inkişaf etmiş sahələrdən i biri də əkinçilik və aqrar sahə idi . Bu nöqteyi nəzərən Cəlilabad rayonunun 2019-cu ilin ikinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına əsasən ən yüksək yerdə duran aqrar sahə olmuşdur.
Rayon əhalisinin əsas məşğuliyyətindən sayılan əkinçilik və digər aqrar sahəyə nəzarət edən Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimovla görüşüblər.

2019-cu ilin ikinci rübündə rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmədə uğurlu nəticələr əldə edilmişdir. Əkin strukturunda əsas yer tutan taxılçılığın inkişaf etdirilməsi məqsədilə 54,9 min hektar sahədə buğda, 4,5 min hektarda arpa və 3,8 min hektarda vələmir əkilmişdir. Həmin sahələr qısa müddət ərzində biçilmiş, 203,7 min ton buğda, 15,9 min ton arpa və 10,1 min ton vələmir istehsal edilmişdir. Taxılçılıqla yanaşı kartofçuluğun da inkişafı diqqət mərkəzində saxlanılmış, 5000 hektar sahədə kartof əkilmiş, hər hektardan 229 sentner məhsul götürülərək 114,5 min ton yüksək keyfiyyətli kartof istehsal olunmuşdur. Məhsulun 91,6 min tonunun və ya 80 faizinin Rusiya Federasiyasına ixrac edilməsi nəticəsində fermerlərin büdcəsinə 10,0 milyon ABŞ dollarından çox vəsait daxil olmuşdur. Bundan başqa, kənd əməkçiləri 7,2 min ton noxud, 533 ton mərci, 262 ton lərgə və 2,9 min ton tərəvəz istehsal etmişlər. Üzümçülər isə 1401 hektar sahədə bol məhsul yetişdirməyə nail olmuşlar. Hazırda məhsul yığımı davam edir. Cari ildə 507 hektar sahədə pambıq əkilmiş, sahələrin suvarılması üçün zəruri tədbirlər görülmüş və normal çıxış alınmışdır. Həyata keçirilən tədbirlər bu il tarlalardan daha çox “ağ qızıl” toplanacağına zəmanət verir.Rayonun 14 kümçüsü isə 697 kiloqram yaş barama istehsal edərək “Şəki ipək” ASC-yə təhvil vermişlər.

Aqrar bölmənin inkişafı və tikinti-abadlıq işləri əhalinin məşğulluğuna da müsbət təsir göstərmişdir. Kartof, çiyələk, noxud, mərci, sarımsaq və digər bitkiçilik məhsullarının becərilməsində təkcə rayonumuzun deyil, qonşu rayonların da əmək qabiliyyətli sakinlərinin əməyindən istifadə olunur. Bundan başqa, 5681 yeni iş yeri açılmış, 1073 nəfər ictimai işlərə, 478 nəfər isə özünüməşğulluq proqramına cəlb edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) yaradılıb. DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır.
Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradılması ilə ölkədə aqrar islahatların yeni mərhələsi başlayıb. DAİM-in yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşməsini qeyd etmək olar. Bundan başqa, Dövlət Aqrar İnkişaf mərkəzlərinin nəzdində Fermer və Koordinasiya şuraları da yaradılır. Bu Şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunur. Şuraların əsas vəzifələri problemləri öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Fermer və Koordinasiya şuraları mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcək.

Cəlilabad rayon Dövlət Aqrar inkişaf Mərkəzinin direktoru Rahib Kərimov görülən yüksək nəticəli işlərin sayəsində 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunmuşdur .

Rahib müəllim aqrar sahənin inkişafında gördüyü yüksək nailiyyətlərin əldə olunmasına görə Cəlilabad rayon Icra hakimiyyəti başçısı tərəfindən dəfələrlə mükafatlara layiq görülmüşdür. Bundan əlavə Rahib müəllim Cəlilabad Rayon üzrə Yeni Azərbaycan Partiyası tərəfindən müxtəlif mükafatlara mükafatlandırılıbdır.

Bizdə Aztv.News saytının redaksiya heyyəti olaraq , başda Rəhbərimiz Seymur Məmmədov olmaqla bütün kollektivimiz adından Rahib müəllimin işlərində uğurlar və müvəffəqiyyətlər arzu edirik.

Aztv.News

Seymur Məmmədov

Bir cavab yazın