“397 vəzifəli şəxsə cinayət işi açılıb”

“Bu ilin 9 ayı ərzində prokurorluq orqanları tərəfindən 397 vəzifəli şəxslə bağlı cinayət işi başlanılıb”.
Bunu Baş Prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, həmin şəxslər haqqında korrupsiya cinayətləri törətdiklərinə görə, 250 cinayət işi məhkəmə məsuliyyətinə verilib. Bu prosesdə dövlətə dəymiş 18 milyon manat zərər ödətdirilib. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında 127 cinayət işinin istintaqı davam etdirilir”.(

Bir cavab yazın