5 ay ərzində Azərbaycanın hava limanları 1 milyon 850 min sərnişinə xidmət göstərib

Bu ilin ilk 5 ayı ərzində Azərbaycanın hava limanları 1 milyon 850 min sərnişinə xidmət göstərib. Bunun 1 milyon 570 min nəfəri paytaxt aeroportu – Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 10 min sərnişin çoxdur. Göstərilən müddət ərzində Bakının hava limanının baza aviadaşıyıcıları – AZAL və “Buta Airways” müvafiq olaraq 649 min və 177 min sərnişin daşıyıb. Heydər Əliyev Beynəlxalq Aeroportu may ayının 27-dən 30-dək ümumilikdə, 600 reysə xidmət göstərib. Sərnişin axını Bakıda Avropa Liqası finalının keçirildiyi dövrdə ümumilikdə təxminən 60 min nəfər təşkil edib.

Bir cavab yazın