Dəyərli ziyalı Rasim müəllim – foto

Möhtərəm oxucularımız !

Aztv.news saytının əməkdaşları Ağstafa rayonunda ezamiyyədə olublar.

Burada onlar Ağstafa rayonu M.Omarov adına Soyuqbulaq qəsəbə tam orta məktəbinin fəaliyyəti ilə yaxından tanış olublar və şahidi olublar ki, sözügedən məktəbin müəllimlərı və şagirdləri, başda məktəbin direktoru Rasim Osmanov olmaqla, tədris işlərini yüksək səviyyədə, böyük şövqlə həyata keçirirlər.

Qısa arayış: Ağstafa rayonu M.Omarov adına Soyuqbulaq qəsəbə tam orta məktəbinin direktoru Rasim Osmanovdur. O, 1962-ci ildə Sumqayıt şəhərində doğulub. 1987-ci ildə Azərbaycan Universitetinin fizika fakültəsini bitirib. 2010-cu ilin mart ayından bəhs etdiyimiz məktəbin direktoru vəzifəsində çalışır.

Rasim müəllim həm də YAP kimi aparıcı partiyanın üzvüdür.

Ailəlidir, 3 övlad atsıdır.

Rasim müəllimin direktoru olduğu məktəbdə 187nəfər şagird təhsil alır. Burada 25 nəfər müəllim, 16 nəfər texniki işçi çalışır.

Məktəblə tanışlığımız zamanı şagirdlərin davamiyyəti, müdiriyyətin işə nizamlılığı, məktəbin həm içində, həm həyətində abad görkəm bir jurnalist-araşdırmaçı kimi bizi çox məmnun etdi.

Başda Rasim müəllim olmaqla, Ağstafa rayonu M.Omarov adına Soyuqbulaq qəsəbə tam orta məktəbinin bütün müəllim və şagird heyətinə bu tədris ilində yüksək nailiyyətlər əldə etməsini arzu edirik!

Aztv.news
Seymur Məmmədov

Bir cavab yazın