Akif Sadıqov adına İbrahimhacılı kənd tam orta  məktəbi nümunəvidir – foto

Əziz oxucularımız !

Aztv.news saytının əməkdaşları Tovuz rayonunda ezamiyyədə olublar.

Burada onlar Akif Sadıqov adına İbrahimhacılı kənd tam orta  məktəbin fəaliyyəti ilə yaxından tanış olublar və şahidi olublar ki, sözügedən məktəbin müəllimlərı və şagirdləri, başda məktəbin direktoru Bağırov Arzu Nurəddin olmaqla, tədris işlərini yüksək səviyyədə, böyük şövqlə həyata keçirirlər.

Qısa arayış: Akif Sadıqov adına İbrahimhacılı kənd tam orta  məktəbinin direktoru Arzu Bağırovdur. O, 1973-cü ildə Tovuz rayonu İbrahimhacılı kəndində doğulub. 1990-1997-ci tədris ilində Azərbaycan İnşaat, 2005-ci ildə isə Qazac Müəllimlər İnstitutunu bitirib.

2018-ci ildə Akif Sadıqov adına İbrahimhacılı kənd tam orta  məktəbinin direktoru kimi məsul vəzifədə ləyaqətlə çalışır. Müxtəlif illərdə müxtəlif mükafatlara layiq görülən Arzu müəllim hətta, öz əmək haqqı ilə məktəbin təmirində də iştirak edib.

Arzu müəllim ölkənin aparıcı partiyası YAP-ın üzvüdür. Ailəlidir, iki övladı var.

Məktəblə tanışlığımız zamanı şagirdlərin davamiyyəti, müdiriyyətin işə nizamlılığı, məktəbin həm içində, həm həyətində abad görkəm bir jurnalist-araşdırmaçı kimi bizi çox məmnun etdi.

Başda Arzu Bağırov olmaqla, Akif Sadıqov adına İbrahimhacılı kənd tam orta  məktəbinin bütün müəllim və şagird heyətinə bu tədris ilində yüksək nailiyyətlər əldə etməsini arzu edirik!

Aztv.news
Seymur Məmmədov

 

Bir cavab yazın