Azərbaycan 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarına 6-cı lisenziyanı qazanıb


Azərbaycan 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarına 6-cı lisenziyanı qazanıb.
Bu vəsiqəyə para-atlet Samir Nəbiyev sahib çıxıb.
Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında kişilər arasında F57 kateqoriyasında nüvə itələmə yarışıda 14,06 metr göstərici ilə 4-cü yeri tutub. O, ilk “dördlüy”ə düşdüyü üçün paralimpiadada iştirak hüququna yiyələnib.
Daha əvvəl dünya çempionatında Kamil Əliyev uzununa tullanma üzrə T12 kategoriyasinda 3-cü yeri tutaraq, lisenziya əldə edib.
Qeyd edək ki, dünya çempionatı noyabrın 15-dək davam edəcək. Növbəti günlərdə digər idmançılar da yarışlara qatılacaqlar.

Bir cavab yazın